Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat nəticəsində Almaniya ötən il 100 milyard avro itirib.
Axar.az xəbər verir ki, bunu Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Marsel Fratsşer deyib.
“2022-ci ildə elektrik enerjisi xərclərinin artması Almaniyaya demək olar ki, 2,5% və ya 100 milyard avroya başa gəlib. Eyni zamanda, növbəti illərdə də xərclər artmağa davam edəcək. Müharibə başlayandan sonra ən çox Almaniya zərər çəkdi. Ölkə Rusiya enerjisindən çox asılı idi”, – Fratsşer bildirib.