Türkiyədə zəlzələ nəticəsində binaların dağılması ilə bağlı istintaq davam edir.
“Anadolu” agentliyi xəbər verir ki, istintaq çərçivədə Malatya bölgəsində 31 nəfər həbs edilib.
Binalarda yol verilən qüsurlara görə həbs edilənlərin artacağı istisna edilmir.
Qeyd edək ki, Adıyamanın Besni bölgəsində dağılan 6 binanın podratçısı da tutulub. 123 nəfərin öldüyü binanın tikintisi ilə məşğul olan Şükrü İşitmen həbs edilib.