Türkiyə millisinin iki voleybolçusu – Mehmet Can Ağırbaş və Emincan Qocabaş zəlzələ nəticəsində həlak olub.
Məlumatı Türkiyə mediası yayıb.
Hər iki voleybolçu Malatya Böyükşəhər Bələdiyyəsporun formasını geyinib.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.