Təklif edirəm ki, Milli Məclisin iclaslarından biri İrandakı səfirliyimizə edilən hücuma, ümumən ölkəmizin xaricdəki diplomatik korpuslarının təhlükəsizliyinə həsr edilsin.
Bunu parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O xatırladıb ki, son dövrdə Azərbaycanın xaricdə fəaliyyət göstərən beş diplomatik korpusuna hücum edilib.
Deputat əlavə edib ki, xaricdə Azərbaycan səfirliklərinin təhlükəsizlik xidmətində silah olmalıdır:
“Biz səfirliklərdə oluruq və görürük ki, onların təhlükəsizlik xidmətlərinin əməkdaşları zirehli gödəkçə geyinirlər və silahlı olurlar”.