İçki məclisi qanla bitdi – Balta ilə 40 yaşlı kişinin başını yardılar

0
Daşkəsən rayonunun Astaf kəndində içki məclisi qanlı hadisə ilə nəticələnib.

İctimairey.Az  Report-a istinadən bildirir ki, 1981-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Abdullayev içki məclisində baş verən dava zamanı başından balta ilə xəsarət alıb. O, ağır vəziyyətdə Gəncə şəhərinin xəstəxanalarının birinə aparılıb.

İlkin məlumatlara görə, E.Abdullayevə həmyerlisi xəsarət yetirib. Hazırda polis əməkdaşları onun saxlanılaraq istintaqa cəlb edilməsi üçün əməliyyat tədbirləri görür.

Faktla bağlı araşdırmalara başlanılıb.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »