Hazırda Ukraynaya beynəlxalq partnyorlarından təxminən 300 tankın göndərilməsi gündəmdədir.
Bu barədə ukraynalı hərbi ekspert Mixail Samus deyib.
“Bizim hələ “Çallenger”imiz var, xeyli sayda “Abrams” söz veriblər.. Üstəlik, Çexiyada modernləşdirilən T-72 tankları da var. 300-ə yaxın toplanır. Əlbəttə, 300 rəqəmi hələ ki, nəzəridir. 100 tank – bu, ultra-müasir tank briqadasıdır”, – ekspert bildirib.
Samus vurğulayıb ki, “Çallenger”, “Leopard”, “Abrams”, hətta Fransanın “Leclerc”i ən müasir tanklar hesab olunur.