Növbəti həftələr həlledici olacaq – Mişel Ukraynadan danışdı

0

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Ukraynada növbəti 2-3 həftənin həlledici olacağını açıqlayıb.

O, “Financial Times”a verdiyi müsahibədə bu barədə danışıb.

“Aİ ölkələrinin liderlərindən Rusiyanın dondurulmuş aktivlərindən vəsaitlərin Ukraynaya dəstək üçün yönəldilməsi ilə bağlı müzakirələrə yeni təkan verilməsini gözləyirəm. Bu problemin həllində irəliləyiş əldə etmək üçün güclü siyasi maraq var”, – deyə Mişel söyləyib.

“Ukraynada növbəti 2-3 həftənin həlledici olacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Aİ ölkələri Rusiya Federasiyası Mərkəzi Bankının 300 milyard avroluq aktivlərini və rusiyalı iş adamlarının 20 milyard avroya qədər aktivlərini dondurub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »