Brovarda qəzaya uğrayan helikopterdə Ukrayna daxili işlər naziri Denis Monastırski də olub.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, nazirlə birlikdə onun müavini Yevgeni Yenin və DİN-in dövlət katibi də həlak olub.
Məlumatı Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko da təsdiqləyib.
O bildirib ki, son məlumata görə, qəza nəticəsində 16 nəfər ölüb. Onlardan ikisi azyaşlıdır:
“22 yaralı xəstəxanaya yerləşdirilib. Yaralılardan 10-u uşaqdır”.