“Səhv başa düşülmüşəm” – Davutoğludan namizədlə bağlı tənqidlərə cavab

0

Türkiyənin sabiq xarici işlər və baş naziri, hazırda müxalif Gələcək Partiyasının sədri və “Altılı Masa” ittifaqının tərəfdaşlarından biri Ahmet Davutoğlu bu ittifaqın namizədinin prezident seçiləcəyi təqdirdə partiya sədrlərinin qərarlara təsir mexanizmi ilə bağlı tənqidlərə tuş gələn açıqlamasını şərh edib.

Davutoğlu bu barədə “Tele1” televiziyasında çıxışı zamanı danışıb.

“Bunu net şəkildə ifadə etmək istəyirəm: Biz prezidenti tək qoymayacağıq. O vəzifəni ən yaxşı şəkildə təmsil edən namizədi birlikdə tapacağıq və arxasında duracağıq. Açıqlamam səhv anlaşılıb. Sədrlərin imza səlahiyyəti dedikdə nəzərdə tutduğum şey Prezidentlik Kabineti Nazirlər Şurası kimi qərar verərkən institusional ağılla hərəkət edəcək. Bu, prezidentin üzərində təsir formalaşdırılacağı mənasına gəlmir. Bizim təsvir etdiyimiz sistemdə əsla prezidentin asılılığından söhbət gedə bilməz. Prezident ən öndə olacaq, daxildə və xaricdə başı dik olacaq. Demokratiya bir balans və nəzarət mexanizmidir. Prezidenti bu mexanizm vasitəsilə parlament kontrol edəcək. Bir böhran olacağı üçün yox, böhran olmayacaq”, – deyə Davutoğlu bildirib.

“Əsla aşağı profilli prezident ola bilməz, hər şeydən əvvəl bunu biz rədd edərik. Prezidentin yüksək profilli olması üçün bütün liderlər onun yanında çiyin-çiyinə duracaq”, – deyə partiya sədri əlavə edib.

Qeyd edək ki, Davutoğlu bundan əvvəl verdiyi açıqlamada “Altılı Masa”nın namizədinin prezident seçiləcəyi təqdirdə strateji qərarların qəbul olunması zamanı sənədlərə 6 partiya sədrinin də imza atacağını söyləmişdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »