İranın nüvə sazişi ətrafında vəziyyət dalana dirənib.
Bu sözləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi deyib.
Qrossi İrana gedəcəyinə ümidvar olduğunu qeyd edib:
“Çıxılmaz vəziyyət mövcuddur. Agentlik və şəxsən mən bu cür dəyişkən və təhlükəli məsələ ətrafında siyasi boşluğu tərk etmək istəmirik”.