Hollivud ulduzu Cennifer Eniston peyvənd vurdurmağı rədd edən və ya peyvənd olub-olmadığını açıqlamayan dostları ilə görüşmədiyini bildirib.
İctimairey.Az axşam.az-a istinadən xəbər verir ki, “Instyle” jurnalına verdiyi müsahibədə həyat və karyerasından danışan 52 yaşlı aktrisa vaksinasiya ilə bağı təəssüratlarını bölüşüb.
Cennifer bu səbəbdən bəzi dostlar ilə əlaqələrini kəsmək məcburiyyətində qaldığını qeyd edib:
“Hələ də vaksinasiyaya qarşı olan böyük bir qrup var. Ya da bu insanlar faktları dinləmirlər. Bu, həqiqətən utancvericidir.
Hər həftə görüşdüyüm bəzi insanlarla peyvənd vurdurmaqdan imtina etdiklərinə görə artıq görüşmürəm. Hər gün test etdirmədiyimizə görə, məlumat vermənin əxlaqlı və professional olduğuna inanıram.
Bu aldatmaqdır. Çünki hamı öz fikirlərini haqlı görür, amma bunların qorxu və təbliğatdan başqa söykəndiyi gərçəklik yoxdur”.
Qeyd edək ki, may ayında peyvənd olan aktrisa özünü yaxşı hiss etdiyini bildirib.
İctimairey.Az