“Kvinta” ölkələrinin (Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ, Fransa) səfirləri Serbiya Prezidenti Aleksandr Vuçiçə ultimatum göndərərək, Kosovanın şimalındakı barrikadaların 24 saat ərzində aradan qaldırılmasını tələb ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Pink” telekanalı məlumat yayıb.
Məlumata görə, diplomatlar Vuçiçə məktub göndərərək, əks halda Kosovanın Baş naziri Albin Kurtinin ölkənin şimalında serblərə qarşı sərt hərəkətə görə kart-blanş alacağı barədə xəbərdarlıq ediblər.