ABŞ Ukraynaya hərbi müdaxilə bitdikdən sonra da Rusiyanın məsuliyyət daşımasını istəyir.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Kirbi əlavə edib ki, Ukrayna və ABŞ artıq mövcud sanksiyalar, ixrac məhdudiyyətləri və Kiyevə hərbi yardım da daxil olmaqla, Rusiyanı məsuliyyətə cəlb etmək üçün birgə çalışır.