Rusiya Prezidenti Vladimir Putin Şimal Axınına hücumun maraqlı dövlətlərin dəstəyi ilə təşkil edildiyini bildirib.
Axar.az xəbər verir ki, Rusiya lideri dövlət strukturlarının dəstəyi olmadan heç kimin bu təxribatı təşkil edə bilməyəcəyini bildirib.
“Bu, terror aktıdır. Hadisə göz qabağındadır və bunu hamı etiraf edib. Bu, beynəlxalq, həm də deyərdim ki, dövlət terrorizmidir. Belə hallarda onlar adətən deyirlər: “Görün kimə maraqlıdır”, – Putin qeyd edib.
Xatırladaq ki, sentyabrın 26-da “Nord Stream AG” şirkəti Şimal Axını-1 və Şimal Axını-2 qaz kəmərlərində əsaslı dağıntıların baş verdiyinə dair məlumat yayıb. Dağıntı və sızmalara səbəb olan partlayışlar təxmini olaraq eyni anda İsveç və Danimarkanın sahil sularında, Baltik dənizinin dibindən keçən 4 fərdi qaz borusunda baş verib.