Dekabrın 15-də Təbrizdə ictimai fəal Vahidə Xanpur təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, Təbrizin İncəsənət Universitetində xalçaçılıq ixtisası üzrə təhsil alan Xanpurun nədə ittiham edildiyi və hara aparıldığı barədə məlumat verilməyib.
Vahidə Xanpurun ailəsi bundan öncə onun təhlükəsizlik qüvvələri tərəfindən bir neçə dəfə təhdid edildiyini bildirib.