Pakistan mətbuatı Laçın yolundakı aksiyadan yazıb

0

QHT rəhbəri,  jurnalist Cavid Şahverdiyev Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatların nümayəndələri, ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasını  Pakistanın nüfuzlu  Pakistanintheworld.pk xəbər portalında ictimailəşdirib.

Qeyd olunub ki, QHT rəhbərləri, ekoloji fəallar Qarabağda təbii sərvətlərin talan edilməsinə son qoyulmasını tələb ediblər.  İştirakçılar bəyan ediblər ki, “sülhməramlı” adı altında erməni separatizmini dəstəkləyən Rusiya silahlı qüvvələrinin komandanı Andrey Volkov  gəlməyənədək aksiya davam edəcək.

Xəbər Rusiyanın nüfuzlu Politrus.com saytının teleqram kanalında (https://t.me/polit_rus) da yerləşdirilib.

NGOs , Environment Activits Protest Against Illegal Activities of Armenians in Khankendi Region

Leave A Reply

Your email address will not be published.

Tərcümə »