İranın onlarla şəhərində mağazalar, bazarlar, istehsal müəssisələri və əhəmiyyətli iqtisadi mərkəzlər işi dayandıraraq tətilə başlayıblar.
İctimairey.az xəbər verir ki, etiraz aksiyalarının keçirilməsi ilə eyni vaxtda dekabrın 5-dən başlayan 3 günlük tətil aksiyasına iri sənaye və neft-kimiya təsisatlarının işçiləri də qoşulub.
Tehran, İslamşəhr, Ərak, Kirman, İsfahan, Sənəndəc, Urmiya və onlarla başqa şəhərdə baş tutan tətil aksiyaları İslam Respublikasının etirazçılara qarşı repressiyalarına cavab olaraq keçirilir.