İranda davam edən etiraz nümayişlərində 64-ü uşaq olmaqla 473 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
Bu barədə İran İnsan Haqları Təşkilatının son bəyanatında bildirilir.
Məlumatda 586-ı tələbə olmaqla 18215 nəfərin saxlanıldığı, onlardan cəmi 3580 nəfərin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilir.