Ukrayna prezidenti Volodimir Zelenski müharibədən sonra ölkənin bərpasından danışıb.
Zelenski “Ekspo-2030” sərgisinə videokonfrans vasitəsilə qatılıb.
O, müharibə nəticəsində Ukraynaya böyük ziyan dəydiyini bildirib.
“Müharibədən sonra Ukraynanın bərpası üçün 1 trilyon ABŞ dollarından çox pul lazımdır”, – deyə Zelenski qeyd edib.
Ukrayna prezidenti onu da bildirib ki, Kiyevin müttəfiqləri bərpa prosesi ilə bağlı hazırlanacaq proqrama maraq göstərirlər.