Alovların yaşayış məntəqələrinə yaxın ərazilərə çatması səbəbindən Antalyanın Gündoğmuş bölgəsində əhalinin təxliyəsinə qərar verilib.
İctimairəy.Az xəbər verir ki, alovların evlərə yayılıb-yayılmadığı ilə bağlı hələ məlumat yoxdur. Adıgedən əraziyə giriş-çıxışlar qadağan edilib. Bölgəyə əlavə qüvvə, o cümlədən helikopterlər cəlb olunub.
Yanğının yaxınlaşması ilə dağın ətəyində yerləşən 2100 nəfər əhalisi olan Gündoğmuş kəndinin boşaldılmasına qərar verilib. Bölgədəki məscidlərdən evakuasiya elanları verilməyə başlanıb.
Bölgədə əsən güclü külək alovları və tüstünü rayon mərkəzinə yönəldib.
İctimairəy.Az