İrandan əməliyyat siqnalı: Davam edəcək!

0

Qonşu ölkədən İrana yönəlik təhdid olduğu müddətcə silahlı qüvvələrimiz milli təhlükəsizliyi təmin etmək üçün beynəxalq hüquq və BMT razılaşması çərçivəsində əməliyyatları davam etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Ölkələrindən İrana terror fəaliyyətləri yönələn qonşularımızla diplomatik təmasları davam etdiririk. Xüsusilə, İraq Kürdüstan Regional Administrasiyasının nəzarətindəki ərazilərdə yerləşən 76 terrorçu və əks-inqilabi qüvvələr İrana ABŞ və İsrail silahları daşıyır”, – deyə XİN rəhbəri bildirib.

Abdullahian, həmçinin, İraq mərkəzi hökumətinin terrorçu qrupları silahsızlandırma və İran sərhədindən uzaq tutacağı ilə bağlı öhdəlik götürdüyünü əlavə edib.

Qeyd edək ki, SEPAH İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »