Maşında gələndə Paşinyanla bunu danışdıq – Putin

0

Ermənistanla Rusiya arasında münasibətlər qədim və dərin köklərə malikdir.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin KTMT-nin sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla İrəvanda keçirdiyi ikitərəfli görüşdə deyib.

“Siz artıq qeyd etdiniz ki, ikitərəfli əlaqələr müttəfiqlik mahiyyəti daşıyır, dərin və qədim kökləri var. Bu tarixə baş vurmağa ehtiyac belə yoxdur. Bunun nə olduğu, ikitərəfli münasibətlərimiz üçün nə qədər əhəmiyyət kəsb etdiyi artıq bizə aydındır. Bu günə gəldikdə, əgər ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 19% artmışdısa, bu ilin 10 ayında 67% artıb. Bəli, bu, hazırkı vəziyyətin xüsusiyyəti ilə bağlıdır, ancaq şübhəsiz ki, gələcək üçün yaxşı bazadır”, – Putin qeyd edib.

O bildirib ki, Paşinyanla nəqliyyat arteriyalarının açılmasını müzakirə edib:

“Biz sizinlə görüşəndə, maşınla gələndə (Paşinyan Putini hava limanında şəxsən qarşılamışdı və onun maşınına oturmuşdu – red.) regional xarakterli məsələləri müzakirə etdik, o cümlədən regional məsələlərin həlli, nəqliyyat arteriyalarının açılmasını danışdıq… Çox şadam ki, bugünkü tədbir çərçivəsində ikitərəfli görüş imkanımız yarandı”.

Putin, həmçinin, Paşinyanı KTMT-yə uğurla sədrlik etməsinə görə təbrik edib.

Qeyd edək ki, Ermənistanın KTMT-yə sədrliyi İrəvanda keçirilən sammitdə rəsmi olaraq Belarusa ötürüb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »