İranda etirazçılara qarşı zəhərli qaz tətbiq edilir

0

İran rejimi dinc etirazçılara qarşı sinir sistemini zədələyən partlayıcı qaz kapsullarından istifadə edir.

Axar.az xəbər verir ki, bu haqda “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumatda etirazçılara qarşı insanın mərkəzi sinir sisteminin fəaliyyətini müvəqqəti pozan heksaxloroetan qazından istifadə olunduğu bildirilib.

Belə ki, qaz kapsulları yandırıldıqdan sonra xlor sink metalı ilə birləşərək solğun yaşıl qaz olan xlorid əmələ gətirir. Zəhərlənmənin ilkin əlamətləri qusma, dərinin qıcıqlanması və öskürəkdir. Heksaxloroetan qazı uzun müddət ərzində insanda qaraciyər xərçənginə, dermatoloji xəstəliklərə və böyrək çatışmazlığına səbəb ola bilər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »