Son iki gündə Qərbi Azərbaycan əyalətinin cənub bölgəsində 8 nəfər güllələnib.
Axar.az xəbər verir ki, bu barədə İran insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, noyabrın 17-də Qərbi Azərbaycanın Bukan şəhərindəki etirazlar zamanı 3 nəfər öldürülüb. Bildirilir ki, Arəş Məhəmmədi, Heyva Canan və Hazar Mamxosrəvi adlı şəxslər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatlarını itiriblər.
Noyabrın 16-dan 17-nə keçən gecə də nümayişlər zamanı Milad Mərufi, Qəfur Moludi, Mustafa Şəbani və Əmcəd İnayəti adlı şəxslərin də öldürüldüyü qeyd edilib.
Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində də Azad Hüseynpur adlı gənc təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. Hüseynpur xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.