Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkü vəfatının 84-cü ildönümündə saat 09:05-də sosial media hesabından paylaşdığı mesajla anıb.
Bu barədə TRT məlumat yayıb.
“Müstəqillik mübarizəmizin baş komandanı və Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamalı vəfatının 84-cü ildönümündə hörmət, rəhmət və minnətlə anıram”, – Ərdoğan bildirib.
Eyni zamanda Ərdoğan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbiri ziyarət edib.