Rusiyada məhbuslar döyüşə göndərilir

0
Rusiya prezidenti Vladimir Putin səfərbərlik çərçivəsində bəzi ağır cinayətlərə görə məhkumluğu olan vətəndaşların hərbi xidmətə cəlb edilməsinə icazə verən qanunu imzalayıb.

Modern.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan qanunda qeyd edilib.

Qanuna əsasən, ağır cinayətlərə görə götürülməmiş və ödənilməmiş məhkumluğu olan ruslar səfərbərlik çərçivəsində hərbi xidmətə çağıra biləcəklər.

Sənəddə, həmçinin səfərbərliyə məruz qalmayan məhkum edilmiş şəxslərin siyahısı da var. Xüsusilə, qanun dövlətə xəyanət, casusluq, silahlı üsyan, dövlət xadiminin həyatına qəsd etmə maddələri ilə götürülməmiş məhkumluğu olan və yetkinlik yaşına çatmayan şəxsin cinsi toxunulmazlığı əleyhinə cinayətlər törətmiş vətəndaşlara şamil edilməyəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »