İsraildə son 3 ildə 5-ci parlament seçkisi keçirilir

0

Bu gün İsrail parlamentinə (Knesset) növbədənkənar seçkilər keçirilir.

Axar.az xəbər verir ki, səsvermə yerli vaxtla səhər saat 7:00-da başlayıb və axşam saat 22:00-da başa çatacaq.

İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 6.78 milyon seçici var.

Seçkinin nəticələrinə əsasən 25-ci çağırış parlamentinin tərkibi müəyyənləşəcək, daha sonra hökumət koalisiyasının yaradılması proseduruna başlanacaq. Əgər prosedur uğurlu olarsa, yeni hökumət və baş nazir and içəcək.

Qeyd edək ki, bu, 2019-cu ilin aprelin 9-dan bəri İsraildə sayca 5-ci parlament seçkisidir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »