Borrell bu sözlərinə görə üzr istədi

0

Avropa Birliyinin baş diplomatı Jozep Borrell Avropanı bağa, dünyanın qalan hissəsini isə cəngəlliyə bənzətdiyinə görə üzr istəyib.

Axar.az xəbər verir ki, bu barədə məlumat AB-nin saytında dərc olunub.

“Bəziləri bu metaforanı müstəmləkə avrosentrizminin təzahürü kimi yanlış şərh etdi. Əgər bu, kiməsə təsir edib, incidibsə, üzr istəyirəm”,- Borrell söyləyib.

O, “cəngəllik” sözü ilə nə demək istədiyini də açıqlayıb:

“Təəssüf ki, bu gün yaşadığımız dünya getdikcə daha çox cəngəlliyə çevrilir. Çünki dünyanın bir çox yerində güclülər ümumi qəbul edilmiş beynəlxalq normaları pozur. Bu tendensiya hamını, o cümlədən avropalıları narahat edir. Bu qanunsuzluq və nizamsızlıq dünyasının böyüməsi – mən cəngəllik haqqında deyəndə bunu nəzərdə tuturdum. Mənim cəngəlliyə istinadımda irqçi, mədəni və coğrafi çalar yoxdur. Təəssüf ki, cəngəllik hər yerdədir, o cümlədən bu gün Ukraynada”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »