Hazırda bir çox Qərb liderləri cəzasız qalacağını bilərək, ağıllarına nə gəlirsə, onu da dilə gətirirlər. Onlar Moskvanın qəzəbinə inanmır, qorxmur.
Axar.az xəbər verir ki, bu fikirləri Rusiyanın “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” proqramının efirində Karen Şahnazarov bölüşüb.
“Onların canında qorxu olsa, heç vaxt belə danışmazlar. Qorxu olması üçün harada olmalarından aslı olmayaraq Rusiya ordusunun yüksək dəqiqlikli qitələrarası ballistik raketləri onların üzərinə tuşlanmalıdır. Miçiqan ştatında, Avropa ölkələrində, Yer kürəsinin harasında olmasından aslı olmayaraq raket qorxusu onların içində olmalıdır. Moskva mütləq bunu etməlidir”, – Şahnazarov bildirib.