Rusiya Ukrayna ordusunun Xerson istiqamətində irəlilədiyini təsdiqləyib.
Bu barədə Rusiya Müdafiə Nazirlyinin hesabatında qeyd olunub.
“Zolotaya Balka və Aleksandrovka istiqamətində böyük tank bölmələri ilə düşmən müdafiəmizin dərinliklərinə nüfuz edə bilib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Ukrayna ordusunun Xerson istiqamətində irəlilədiyi və bir neçə yaşayış məntəqəsi, o cümlədən Zolotaya Balkanı azad etdiyi bildirilmişdi.