Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz vəliəhd şahzadə Məhəmməd bin Salmanı krallığın Baş naziri təyin edib.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bununla yanaşı, vurğulanır ki, Salman bin Əbdüləzizin şəxsən iştirak etdiyi hökumət iclasları onun (kral – red.) sədrliyi ilə keçiriləcək.
Həmçinin Səudiyyə Kralının fərmanı ilə Xalid bin Salman bin Əbdüləziz ölkənin müdafiə naziri təyin edilib.