Quzey Kıbrıs Türk Cümhuriyyətindən İƏT ölkələrinə çağırış

0

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Xarici işlər naziri Tahsin Ertuğruloğlu bu il Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyası çərçivəsində 22 sentyabr 2022-ci il tarixində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirlərinin İllik Koordinasiya Yığıncağında çıxış edib.

İctimairey.az.az xəbər verir ki, XİN rəhbəri KKTC-nin rəsmən tanınmasını təklif edib.

“Kıbrıs Türk xalqı Quzey Kıbrıs Türk Cümhuriyyətinin rəsmi tanınmasını və öz hüquqlarının, yəni Kıbrıs Türk Dövlətinin suveren bərabərliyi və bərabər beynəlxalq statusunun yenidən təsdiqini tələb edir”, – deyə o bildirib.

Ertuğruloğlu xatırladıb ki, Kıbrısda federasiya əsasında aparılan danışıqlarda 50 ildən çox vaxt itirilib, buna görə də Kıbrıs türk tərəfi 2017-ci ilin iyulunda Krans-Montanada keçirilən Kıbrıs konfransının dağılmasından sonra digər variantları araşdırmağın vaxtının gəldiyini bəyan edib. XİN rəhbəri İƏT ölkələrini Quzey Kıbrıs Türk Cümhuriyyətinin rəsmən tanınması ilə bağlı çağırış edib:

“Kıbrıs Türk tərəfi olaraq, 2021-ci ilin aprelində Cenevrədə keçirilən Kıbrıs danışıqlarında yeni vizyonumuzu Kıbrıs adasında və onun ətrafında çox ehtiyac duyulan sabitliyi, təhlükəsizliyi və əməkdaşlığı təmin edəcəyinə ümid və inamla müzakirə etdik. Kıbrıs türk tərəfi hesab edir ki, adada mehriban qonşuluq münasibətləri çərçivəsində iki mövcud dövlət arasında suveren bərabərlik və bərabər beynəlxalq status əsasında saziş bağlana bilər. Buna görə də Kıbrıs Türk xalqı Quzey Kıbrıs Türk Cümhuriyyətinin rəsmi tanınmasını və onlara məxsus hüquqlarının, yəni Kıbrıs Türk Dövlətinin suveren bərabərliyi və bərabər beynəlxalq statusunun bir daha təsdiqini tələb edir”.

Ertuğruloğlu bildirib ki, İƏT-ə üzv dövlətlərdən Kipr rum tərəfinin tətbiq etdiyi qeyri-insani məhdudiyyətlərin və embarqoların aradan qaldırılmasına kömək etmək üçün KKTC-ni rəsmən tanımaq və Kıbrıs Türk Dövləti ilə əlaqələr qurmaq üçün tez bir zamanda konkret addımlar atacaqlarını gözləyirlər.
Cavid

Leave A Reply

Your email address will not be published.

Tərcümə »