Kiyevlə razılaşdıq, lakin Qərb bunu pozdu – Putin

0

Müharibə başlayandan sonra Kiyev Rusiyanın təkliflərinə müsbət reaksiya verdi, lakin Ukraynaya müqavilələri pozmaq üçün birbaşa göstəriş verildi.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin vətəndaşlara müraciəti zamanı deyib.

“Əsasən də İstanbuldakı danışıqlarda Kiyev nümayəndələri bizim təkliflərimizə çox müsbət reaksiya verdilər. Bu təkliflər ilk növbədə Rusiyanın təhlükəsizliyinə və onun maraqlarına aiddir. Lakin müəyyən kompromislərə gəldikdən sonra Kiyevə faktiki olaraq bütün razılaşmaları pozmaq üçün birbaşa göstəriş verildi və Ukrayna daha çox silahla doldurulmağa başladıldı. Qərb ölkələri Kiyevi hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə sövq edir”, – Putin bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »