SON XƏBƏR; Pakistanda 5,8 bal gücündə zəlzələ baş verib. 15 nəfər ölüb

0

Pakistanın cənubunda 5,8 bal gücündə zəlzələ baş verib. Bu, Bəlucistan əyalətində qeydə alınıb. Bu barədə  Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Tədqiqatçıların fikrincə, zəlzələ bu  gecə baş verib. Zəlzələnin episentri Sibi şəhərindən 83 km şimalda yerləşib. Bu nöqtədə sarsıntının şiddətini elm adamları “dağıdıcı” olaraq qiymətləndirir.

Binanın çökməsi nəticəsində biri qadın və altı uşaq olmaqla azı 15 nəfər həlak olub. Bu barədə TASS agentliyi yazıb. “Ölənlərin sayı arta bilər” nazirlik bildirib.

Agentliyin məlumatına görə, təkanların episentri Kvetta şəhərindən 102 km aralıda, 10 km dərinlikdə yerləşib. Kvettada 733 minə yaxın insan yaşayır. Hadisədən neçə nəfərin zərər çəkdiyi hələlik məlum deyil.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »