Asiyada fəaliyyət göstərən aviaşirkətlər indi Tayvan ərazisində uçuşlardan çəkinməlidirlər. Çin hakimiyyəti onlara müvafiq xəbərdarlıqla müraciət edib. Bu barədə “Bloomberg” hava daşıyıcılarına istinadən məlumat yayıb.
“Çin Asiyada fəaliyyət göstərən aviaşirkətlərə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfərinə cavab olaraq, hərbi təlimlərin keçirildiyi Tayvan ətrafındakı ərazidə uçuşlardan çəkinmələri barədə xəbərdarlıq edib”, – deyə agentlik bildirib.
Aviaşirkətlər bu təlimatı çərşənbə axşamı, avqustun 2-də axşam saatlarında alıblar. Bildirilir ki, hava məkanının altı sahəsi “təhlükə zonası” kimi müəyyən edilib. Avqustun 4-də saat 12.00-dan avqustun 7-də saat 12.00-a uçuşlara məhdudiyyətlər tətbiq edilib.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu təyyarə çərşənbə axşamı axşam Taypey hava limanına enib. Çərşənbə günü səhər o, Tayvanın baş qərargah rəisi Tsai İnq-ven ilə görüşə bilib. O, 1997-ci ildən Tayvana səfər etməyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Çinin Tayvandan bir sıra ərzaq məhsullarının idxalını dayandırması ilə bağlı məlumatı şərh edərək, ABŞ-ın dünyada vəziyyəti sabitliyi pozduğunu bildirib.