NATO-nun himayəsi altında özünü elan edən Kosovo Respublikasında (KFOR) (Kosovoda sabitliyin təmin edilməsinə cavabdeh olan NATO-nun rəhbərlik etdiyi beynəlxalq qüvvə) beynəlxalq təhlükəsizlik qüvvələri hər an müdaxilə etməyə və əyaləti qorumağa hazır olduqlarını bildiriblər. Bu barədə KFOR-un geniş bəyanat yayıb.
Məlumata görə, KFOR BMT mandatına uyğun olaraq, Kosovoda təhlükəsizliyin və sülhün təmin edilməsi üçün, bütün lazımi tədbirləri görə bilər. KFOR rəhbərinin münaqişənin bütün tərəfləri ilə əlaqə saxladığı dəqiqləşdirilir.
KFOR mətbuata açıqlamasında vəziyyəti izləməyə və epidemiya nəzarətdən çıxacağı təqdirdə müdaxilə etməyə davam edəcəklərini bildirib.
Daha əvvəl bildirilmişdi ki, özünü elan etmiş Kosovo Respublikası və Metoxiya Respublikasında vəziyyət Serbiya ilə inzibati xətt üzrə keçid məntəqəsinin bağlanmasından sonra gərginləşib. Respublikanın şimalında yerli sakinlər etiraz aksiyası keçirərək, əsas magistral yollarda hərəkəti bağlayıblar. Kosovonun şimalındakı bir neçə şəhərdə hava sirenləri səslənib və insanlardan evlərində qalmaq və pəncərələrdən uzaq durmaq istənilib. Polis bölmələri səfərbərliyə çağırılıb.
Bundan əvvəl özünü Kosovonun baş naziri elan etmiş Albin Kurti bildirmişdi ki, avqustun 1-dən etibarən əyalət ərazisinə Serb sənədləri ilə və Serbiya nömrəli avtomobillərlə giriş qadağan ediləcək.