SON DƏQİQƏ: Zelenski Donetsk vilayətindən 220 min insanın məcburi təxliyəsini elan edib- FOTO

0

Ukrayna prezidenti Vladimir Zelenski xalqa ənənəvi axşam müraciətində vətəndaşları Donetsk vilayətindən təxliyə etməyə çağırıb.

Ukrayna prezidenti Vladimir Zelenski xalqa ənənəvi axşam müraciətində vətəndaşları Donetsk vilayətindən təxliyə etməyə çağırıb.Украина объявила обязательную эвакуацию из Донецкой области

Prezident qeyd edib ki, artıq Donetsk vilayətindən məcburi təxliyə ilə bağlı hökumətin qərarı var və təşkilati tədbirlər davam etdirilir.

“Biz tam dəstək, tam yardım göstərəcəyik – həm logistika, həm də ödənişlər. Yetər ki, hələ bunu özü üçün qəbul etməyən insanların özlərinin bir qərarı olsun. Çıxın, biz kömək edəcəyik”, – deyə Zelenski bildirib.

Baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk Donbassdan təxliyə qərarını şərh edərkən deyib: “Ukrayna hökuməti Donetsk vilayətinin işğal olunmamış ərazilərinin sakinlərinin məcburi təxliyyəsini həyata keçirəcək”.

O, əlavə edib ki, Ukrayna Donetsk vilayətindən 220 min insanın məcburi təxliyəsini elan edib.Верещук назвала 7 напрямків для евакуації 10 березня

“Donetsk vilayətində qaz təchizatı tamamilə yoxdur, təmir oluna bilən bütün qaz kəmərləri təmir olunub, lakin təəssüf ki, düşmən qışda insanları isindirə biləcək hər şeyi təkrar-təkrar məhv edir. Düzgün enerji təchizatı yoxdur. Bir sözlə Donetsk vilayətində qışda istilik olmayacaq. Əhalinin Mülki Müdafiəsi Məcəlləsinin 33-cü maddəsində məcburi evakuasiya formasından bəhs edilir”, – Vereşçuk bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »