Bayram tədbirlərinə 40-a yaxın gəmi cəlb olunacaq
Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Rusiya Hərbi Dəniz Qüvvələri Gününə həsr olunmuş paradda iştirak etmək üçün, Xəzər dənizinə toplanır.
“Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Xəzərdə keçirilən dəniz paradında iştirak etmək üçün gəlib. Gəmi heyətlərinin paradda iştirakı Rusiya hərbi dənizçiləri ilə Azərbaycan və İran dənizçiləri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcək”, – deyə məlumatda bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, bayram şənliklərinə Xəzər flotiliyasının 40-a yaxın gəmi, kater və yardımçı gəmiləri, 20-dən çox hərbi və xüsusi texnika, 500-ə yaxın hərbi qulluqçu cəlb olunacaq.