Ukraynada müharibə: BMT və Qırmızı Xaç həbsxanalardakı ölümləri araşdırmalıdır: Əsirlər axtalanır… – VİDEO
Ukrayna Birləşmiş Millətlər Təşkilatını və Qızıl Xaç Cəmiyyətini işğal olunmuş ərazilərə hücum nəticəsində 50-dən çox ukraynalı hərbi əsirin həlak olması ilə bağlı araşdırmaya icazə verməyə çağırıb.
Qırmızı Xaç təşkilatı yaralıların təxliyəsi və müalicəsi üçün həbsxanaya daxil olmağa çalışdığını bildirib.
Ukrayna və Rusiya bir-birini düşərgəyə hücumda ittiham edib.
Hadisənin nəticələrinə dair təsdiqlənməmiş Rusiya görüntülərində qırıq iki mərtəbəli çarpayı yığını və çox yanmış cəsədlər görünür.
Rusiyayönlü separatçı Donetsk Xalq Respublikasının nəzarətində olan Olenivka əsir düşərgəsində dəqiq nə baş verdiyi hələ də qaranlıq olaraq qalır.
Ukrayna bildirir ki, həbsxana Rusiya tərəfindən işgəncə və qətl dəlillərini məhv etmək məqsədilə hücuma məruz qalıb. Prezident Vladimir Zelenski hadisəni “Rusiyanın qəsdən törədilmiş hərbi cinayəti” adlandırıb.
Rusiya öz növbəsində düşərgənin Ukraynanın dəqiq idarə olunan raketləri ilə vurulduğunu bildirib.
Həbsxanada saxlanılanların arasında may ayında cənubdakı Mariupol şəhərinin müdafiəsi zamanı əsir düşən və Rusiyanın neonasist və hərbi cinayətkar kimi göstərməyə çalışdığı Azov batalyonunun üzvlərinin də olduğu bildirilir.
Xəbərdarlıq: Aşağıdakı məlumatlar sizi narahat edə bilər
Qondarma Donetsk Xalq Respublikasının sözçüsü Daniil Bezsonov bildirib ki, zərbə “məhbuslar saxlandığı kazarmaya birbaşa vurulub”.
Rusiya Müdafiə Nazirliyi həbsxananın ABŞ istehsalı olan “Himars” artilleriya qurğularından vurulduğunu bildirib və Ukraynanı “qəsdən” təxribat törətməkdə ittiham edib. Nazirlik Himars sistemi tərəfindən atılan raketin fraqmentlərini göstərib.
Lakin Ukrayna hər hansı raket və ya artilleriya zərbələrinin baş verdiyini təkzib edib.
Prezident Zelenskinin müşaviri hadisənin yanğına bənzədiyini və raket hücumunun cəsədləri səpələdiyini bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hərbi əsirlərlə rəftarını ört-basdır etmək üçün, düşərgəni hədəf aldığını bildirərək BMT və Qırmızı Xaç təşkilatını ölüm faktlarını araşdırmağa çağırıb.
Sosial mediada hər iki təşkilat əsirlərin orada təhlükəsiz olacağına dair zəmanət verdiyi üçün, dərhal cavab verməli olduqlarını bildirir.
Qırmızı Xaç hadisə yerinə giriş axtardığını bildirib və yaralıların təxliyyəsinə kömək etməyi təklif edib. Hələlik bu mümkün olmayıb. “İndi bizim prioritetimiz yaralıların xilasedici müalicə almasını və ölənlərin cəsədlərinə ləyaqətlə yanaşılmasını təmin etməkdir”, – bəyanatda deyilir.
Ukraynanın yeni baş prokuroru Andrey Kostin bir müddət əvvəl partlayışla bağlı cinayət işi açdığını bildirib.
Müharibə cinayəti, amma bunun arxasında kim dayanır?
Pol Adams Kiyevdə
Olenevka yaxınlığındakı “süzgəc düşərgəsi”nin içindəki mənzərə cəhənnəmdir.
Oluklu dəmir damdakı kələ-kötür dəliklərdən süzülən günəş işığı şüaları metal çarpayıların dolaşıqlığını və naməlum sayda yanmış cəsədləri ortaya qoyur, bəziləri hələ də guya yatdıqları yerdə uzanıb.
Çöldə, taxta altlıqda qan və daha çox cəsəd var, yanmış deyil, işgəncə nəticəsində qan içində. Onlar yorğun görünürlər.
Müstəqil jurnalistlərin sayta girişi olmadığı üçün, hazırda rəqabət aparan iddiaları yoxlamaq üçün, çox az iş görülə bilər. Ukrayna deyir ki, Rusiya tərəfindən dəstəklənən separatçılar arasında üsyançıların özləri tərəfindən qəsdən törədilmiş bir sıra partlayışlar barədə danışan radiosöhbəti də daxil olmaqla, əlində çoxlu sübutlar var. Digər Ukrayna mənbələri buna görə, Rusiyanın Vaqner qrupunun muzdlularını günahlandırır.
Yalnız qərəzsiz ekspertlərin hərtərəfli araşdırması həqiqəti müəyyən edə bilər. Belə ekspertlərin bu dəhşətli səhnəyə nə vaxtsa girməsinə icazə veriləcəyi şübhə doğurur.
Yanmış və ya dağıdılmış ikiqat çarpayılarla dolu anqara bənzər yataqxananın dağıdılmasının görüntüləri cümə günü səhər internetdə yayılıb. Görüntülər Rusiyanın “Rossiya 1” dövlət telekanalından götürülüb. Daha sonra, kadrlar binanın kənarında dağıntılar və qan izləri ilə növbələşir.
Bununla belə, BBC-nin reallığı yoxlayan qrupu binanın çöl hissəsindəki görüntülərin Olenovka yaxınlığındakı 120 saylı koloniya ilə uyğunlaşdığını təsdiqləyib.
Həbsxana 2022-ci ilin fevral ayına qədər boş idi və yalnız hərbi əsirlər və Rusiya süzgəcindən keçməyən mülki şəxslər üçün istifadə olunurdu.
Millətçi “Azov” batalyonunun yaradıcısı Andrey Biletski həlak olanlar arasında bölmənin bir neçə döyüşçünün olduğunu deyib.
Mariupoldakı “Azovstal” polad zavodunun uzunmüddətli mühasirəsindən sonra, Rusiya hərbçilərinə təslim olan ukraynalı hərbçilərdən bəzilərinin Olenevkaya aparıldığı müəyyən edilib.
Qoşunlar Rusiyanın geniş əraziyə amansız hücumuna bir neçə həftə müqavimət göstəriblər və may ayında artilleriya və hava hücumlarından sığınacaq üçün, fabrik tunellərinin labirintindən istifadə etdikdən sonra təslim olublar.
Ukrayna rəsmiləri Olenevkada hərbi əsirlərin işgəncələrə məruz qaldığını bildiriblər.
Ukraynada daha çox hiddətə səbəb cümə günü Rusiyanın işğal etdiyi Donbasın başqa bir bölgəsində hərbi əsirlərin axtalanması ilə bağlı internetdə yayılan şokedici video olub.
Severodonetskdəki hücumu lentə alan rus əsgərinin Çeçenistan lideri Ramzan Kadırova məxsus bölmənin üzvü olduğu məlum olub.