SON DƏQİQƏ: İran Rusiya təyyarələrinə xidmət göstərməyə hazırdır

0

İslam Respublikasının Mülki Aviasiya Administrasiyasının nümayəndəsi Mirakbara Rəzəvi bildirib ki, İran hakimiyyəti Rusiyaya avadanlıqların tədarükü və Rusiya təyyarələrinə texniki xidmət göstərilməsi ilə bağlı sazişi təsdiq etmək qərarına gəlib.

Mediya xəbər verir ki, saziş İran istehsalı olan hissələrin və avadanlıqların Rusiyaya tədarükü imkanlarını, həmçinin İranın servis mərkəzlərində Rusiya laynerlərinin təmiri, texniki xidməti və dəstəklənməsini nəzərdə tutur.

Xatırladaq ki, Rusiya nəqliyyat nazirinin müavini və İranın Mülki Aviasiya İdarəsinin rəhbəri anlaşma memorandumu imzalayıblar, sənədə əsasən, Rusiya ilə İran arasında sərnişin reyslərinin sayı həftədə 35-ə çatdırılacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »