Tehran İranın atom dosyesi ilə bağlı saziş imzalanana qədər nüvə obyektlərində müşahidə kameralarının işini bərpa etməyəcək.
Bunu bazar ertəsi İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami deyib.
“Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən 2015-ci ildən sonra [İran obyektlərində] quraşdırılan müşahidə kameraları nüvə sazişi bərpa olunmayana qədər işləməyəcək”, – deyə Eslami Əl Hadath telekanalına istinadən bildirib.