Şəhriyar Heydəri: “İran və Ermənistanın sərhəd məsələsində Türkiyənin məsləhətinə ehtiyacı yoxdu

0

İran və Ermənistan öz ümumi sərhədləri məsələsinə müdaxiləyə imkan verməyəcək və bu məsələdə üçüncü dövlətlərin, o cümlədən Türkiyənin tövsiyələrinə ehtiyac duymurlar.

Mediya xəbər verir ki, bunu İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Məsələləri Komitəsinin sədri Şəhriyar Heydəri deyib.

O xatırladıb ki, İranın Ali Rəhbəri Ayətullah Əli Seyid Xamenei Tehranda Türkiyə və Rusiya prezidentləri ilə görüşündə bunu bəyan edib və İran İslam Respublikasının Ermənistan-İran sərhədinin bağlanmasına imkan verməyəcəyini vurğulayıb.

O qeyd edib ki, Ermənistan regionda strateji mövqe tutur və bu, onun bir çox problemlərinə səbəb olub, onlardan biri də Qarabağ münaqişəsidir.

İran parlamentari Ermənistan Respublikasının strateji mövqeyinə işarə edərək, bunun Ermənistan üçün çoxlu problemlər yaratdığını, onlardan birinin də Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib. Lakin Şəhriyar Heydərinin fikrincə, problem ciddi şəkildə və diplomatiya yolu ilə həll edilməlidir. İran həmişə bildirib ki, Ermənistan və Azərbaycan bu məsələni siyasi yolla həll etməlidir.

“Bəzi qeyri-regional qüvvələr İranı kənara çəkmək üçün, Ermənistan ərazisindən Naxçıvana gedən dəhliz yaratmaq istəyirlər, lakin Ermənistan və İran vurğulayırlar ki, region ölkələrinin ərazi bütövlüyü qorunmalıdır.

Bizim Ermənistanla 47 km uzunluğunda, bir hissəsi Araz çayı boyunca uzanan ümumi sərhədimiz var və biz heç bir halda bu sərhədlərin pozulmasına yol verməyəcəyik. İran və Ermənistan arasında sərhəd həmişə təhlükəsiz olub, hər iki ölkə onun təhlükəsizliyinə və sərhəddə hər hansı qanunsuz müdaxilənin qarşısının alınmasına çalışır və Türkiyə kimi üçüncü tərəfin məsləhətinə ehtiyacımız yoxdur”, – deyə Heydəri bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »