Araqatsotn administrasiyası da türklərin Araqatsavan kəndinə soxulması ilə bağlı xəbəri təkzib edib.

0

Ermənistanın Araqatsotn vilayətinin administrasiyası KİV-in Araqatsavan kəndində erməni çobanlarının üç silahlı türk tərəfindən əsir götürülməsi ilə bağlı dərci təkzib edib.

Administrasiya açıqlamasında bu məlumatın “tamamilə həqiqətə uyğun olmadığını” vurğulayır.

“Heç bir türk Araqatsavana girməyib, bir nəfər də olsun çoban əsir düşməyib”, – məlumatda deyilir.

Bundan əvvəl 168.am saytı öz oxucularına istinadən xəbər vermişdi ki, guya 3 silahlı türk Araqatsavan kəndinə daxil olaraq, 8 çobanı əsir götürərək, mal-qarasını da aparıb. Nəşr yazıb ki, bir müddət sonra Rusiya tərəfinin vasitəçiliyi ilə çobanlar və mal-qara geri qaytarılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »