BMT dünyada kütləvi qıtlığın olacağını proqnozlaşdırıb
Əgər hazırkı ərzaq böhranı aradan qaldırılmasa, gələcəkdə dünya birliyi siyasi sabitliyin pozulması, kütləvi aclıq və nəzarətsiz miqrasiya ilə üzləşə bilər. İctimairey.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli bildirib.
Onun sözlərinə görə, ölkələr mütərəqqi ərzaq böhranına məhəl qoymasalar, o zaman dünya ictimaiyyəti acınacaqlı nəticələrlə üzləşməli olacaq.
“Hazırda misli görünməmiş böhranla üz-üzəyik və əgər onunla strateji və effektiv şəkildə mübarizə aparmasaq, kütləvi qıtlıq, onlarla ölkədə sabitliyin pozulması və kütləvi miqrasiya ilə üzləşəcəyik”, – Beasley bildirib.
Bundan əlavə, o, bazarda ərzaq çatışmazlığı baxımından 2023-cü ilin 2022-ci ildən “daha pis” ola biləcəyi barədə xəbərdarlıq edib. O, yaxın 6-12 ay ərzində bütün dünyada ərzaq məhsullarının bahalaşacağını da istisna etməyib. Əgər bu problem həll olunmasa, o zaman dünya ərzaq qıtlığı ilə üzləşəcək.
Bisli həmçinin hesab edir ki, ərzaq böhranı güclənir, o cümlədən Rusiya və Belarusdan dünya bazarlarına gübrələrin tədarükünə qoyulan məhdudiyyətlər səbəbindən.