ABŞ-ın Texas ştatında yük maşınının arxa hissəsində ən azı 40 nəfər ölü tapılıb. Ölənlərin qeyri-qanuni miqrantlar olduğu ehtimal edilir.
San Antonio qubernatoru ölənlərin sayının 42 olduğunu bildirib. Yük maşını şəhərdən kənarda, dəmir yolu yaxınlığında tərk edilmiş vəziyyətdə tapılıb.
NY Times 12-dən çox adamın sağ tapılaraq xəstəxanalara aparıldığını bildirib.
Meksikanın xarici işlər naziri Marselo Ebrard ölkənin bu bölgədəki konsulunun hadisə yerinə getdiyini açıqlayıb.
Nazir həmçinin bildirib ki, ölənlərin milliyyəti hələ dəqiq deyil.
San Antonio Meksika sərhədindən 250 kilometr aralıda yerləşir.
Bölgədə temperaturun rekord səviyyədə, iyun ayı dərəcəsindən xeyli yuxarı olduğu qeydə alınıb.
ABŞ Daxili Təhlükəsizlik Agentliyinin araşdırma aparacağı gözlənilir.
Ölümün səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.