Əfqanıstanın Paktika və Xost əyalətlərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1500 nəfərə çatıb, çərşənbə günü Taliban hərəkatının nümayəndəsi mediyaya xəbər verib.
Onun sözlərinə görə, təbii fəlakətdən 2000-dən çox insan zərər çəkib.
Bundan əvvəl Bokhtar agentliyi 1000 nəfərin öldüyünü və 1500 nəfərin yaralandığını bildirmişdi. Yerli hakimiyyət orqanları daha çox qurban və yaralı ola biləcəyindən ehtiyat edir.
Çərşənbə günü gecə Əfqanıstanın Paktika, Xost, Lağman, Qəzni, Loqar və Kabil əyalətlərində 6,1 bal gücündə zəlzələ baş verib. Taliban rəhbərliyi zəlzələdən zərər çəkənlərə yardım üçün 1,1 milyon dolların ayrılmasını təsdiqləyib.