Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Qərbə etibar etmək olmaz. O, Yunanıstandakı Amerika bazalarının “Rusiyaya qarşı” lazım olduğuna dair təminatlara belə reaksiya verib.
Ərdoğan Qərb dövlətlərinin bununla bağlı Ukrayna üçün nə etdikləri ilə maraqlanıb. “Onlardan niyə bu bazaları yaratdığınızı soruşduqda, “Rusiyaya qarşı” cavabını verirlər. Ukrayna üçün nə etmisiniz? Bütün bunlar yalandır. Qərbə etibar etmək olmaz”, – deyə cənab Ərdoğan Van vilayətində türk gənclərinin nümayəndələri ilə görüşündə bildirib. (Anadolu agentliyinə istinadən).
Ərdoğan bu həftənin əvvəlində Yunanıstanda yerləşdirilən ABŞ bazalarının Rusiyaya qarşı yönəlmədiyini bildirib. O, ABŞ və Avropa ölkələrinin Yunanıstana dəstəyinin kimə qarşı yönəldiyi ilə maraqlanıb. Həm Türkiyə, həm də Yunanıstan NATO-nun üzvüdür, ölkələr bir sıra məsələlər ətrafında mübahisə edir: Egey dənizindəki adaların statusu, bölünmüş Kipr problemi, neft və qaz kəşfiyyatı əraziləri və hava məkanından istifadə.
Qeyd edək ki, ölkələr son illərdə bir neçə dəfə hərbi münaqişə ərəfəsində olub.
Comments are closed.