Yazıçı-publisist İntiqam Mehdizadə 77 yaşında vəfat edib.
IctimaiRey.az xəbər verir ki, bu barədə yazıçı Şərif Ağayar məlumat verib.
Qeyd edək ki, İ.Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Univeristeti) Jurnalistika fakültəsini bitirib. Üç il “Azərbaycan gəncləri” qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. “Gənclik və idman” redaksiyasına rəhbərlik edib. 5 kitab müəllifi olub.
Respublika Mətbuat Fondunun “Dan Ulduzu”, Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və “Qızıl qələm” mükafatları laureatıdır.
Comments are closed.