Məhkumlar ağır cinayətlər törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunublar.
İranda ağır cinayətlər törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 12 məhbus barəsində ölüm hökmü çıxarılıb.
İnsan haqları agentliyinin (İHA) məlumatına görə, ölüm hökmü Sistan-Belucistan əyalətinin Zahidan şəhərinin həbsxanasında icra olunub.
Edam edilənlər arasında qəsdən cinayət törətməkdə ittiham olunan qadın da var.
Beynəlxalq insan haqları təşkilatı Amnesty International-ın mayın 24-də açıqladığı hesabata görə, 2021-ci ildə İranda 314 nəfər edam edilib.
İran Çindən sonra edamların sayına görə ikinci yerdədir.
Comments are closed.