ÇAŞDI:. Kadırov Putini ali “go*nokomandİr” adlandırıb – video

Çeçenistandakı Kremlin himayədarı Ramzan Kadırov rus diktatoru Vladimir Putini ali “qo* komandir” adlandırıb.

Yəqin ki, Kadırov “baş komandan” deməyə çalışsa da, buna nail ola bilməyib.

Rusiya ilə Ukrayna arasında gedən müharibə zamanı Kadırovçular uğursuzluğa düçar olublar. Əvvəllər onlar sosial şəbəkələr üçün səhnələşdirilmiş videoların dərcində, arxa cəbhədə və ya ümumiyyətlə Belarusiya ərazisində çəkilişlərdə dəfələrlə ifşa ediliblər.

 

Rusiya hərbçilərinin sözlərinə görə, Milli Qvardiyanın çeçen diviziyaları Kiyev yaxınlığında verdikləri böyük itkilərdən sonra, birinci dalğaya keçməkdən imtina edir və rus qoşunlarının artıq daxil olduqları yaşayış məntəqələrinin qondarma “təmizlənməsi”ni həyata keçirməyə üstünlük verirlər.

 

Comments are closed.

Tərcümə »